Azərbaycanda rezident və qeyri-rezientlərin xarici valyuta əməliyyatlarının aparılması qaydası ilə bağlı məsələ Konstitusiya Məhkəməsində müzakirə olunacaq.
Eləcə də bax: Məmurlar məhkəmə islahatlarını sabotaj edir – EKSPERT
FED.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Palatasının bu gün keçirilən növbəti iclasında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinin şərh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Eləcə də bax: Bələdiyyə torpağını qanunsuz satan sədr - HƏBS EDİLİB - RƏSMİ
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 11-nə təyin edilmiş iclasında baxılacaq.