Türkiyədə zəlzələ hadisəsində binaların dağılması ilə bağlı iş üzrə 325 nəfər həbs edilib.
Türkiyədə zəlzələdə dağılan binaların cəmi - 5%-İ TİKİNTİ NORMALARINA UYĞUN TİKİLİBMİŞ
FED.az xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri Bekir Bozdağ deyib.
Nazir həmçinin bildirib ki, araşdırmalar çərçivəsində 1552 nəfər barəsində istintaq hərəkətləri başlanılıb.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub. (Trend)