Türkiyədə hüquq-mühafizə orqanları 400-ə yaxın filialı olan məşhur fast-fud şəbəkəsi - “Maydonoz Dönər”ə qarşı irimiqyaslı əməliyyat keçirib.
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
FED.az xəbər verir i, Türkiyə KİV-nin yaydığı məlumata görə, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya “X” hesabında əməliyyatın təfərrüatlarını və videogörüntüsünü paylaşıb.
Məlumata görə, mərkəzi Antalyada olmaqda ümumilikdə Türkiyənin 31 vilayətində bu şəbəkənin restoranlarında axtarış və həbslər həyata keçirilib. “Kıskaç-40” kod-adlı əməliyyatda FETO-nun maliyyələşməsində iştirak etdiyi məüəyyən edilən, 10-u dövlət məmuru olmaqla, 353 şübhəlinin saxlanıldığı bildirilir.
İstintaq çərçivəsində "Maydonoz Döner"şəbəkəsinin filialları vasitəsilə ölkə daxilinə və xaricinə pul köçürmələri həyata keçirdiyi və bunun vasitəsilə FETO terror təşkilətinə xidmət etdiyi müəyyən edilib. Maliyyə Cinayətlərini Araşdırma Şurası (MASAK) tərəfindən şirkətin fəaliyyəti yaxından izlənilirdi.
Türkiyənin DİN rəhbəri Əli Yerlikaya, əməliyyat zamanı saxlanılan şəxslərin FETO terror təşkilatına bu restoranlar şəbəkəsi vasitəsilə maliyyə vəsaitləri ötürdüyünün müəyyən edildiyini bildirib. (Trend)