Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Azərbaycanda və Ukrayndan FETÖ-yə qarşı əməliyyat keçirib.
FED.az xəbər verir ki, “Hurriyetin” yaydığı məlumata görə, FETÖ üzvlərindən olan İsa Özdəmir Azərbaycanda, Saleh Zəki Yiğit isə Ukraynada saxlanaraq dünən xüsusi təyyarə ilə İstanbula aparılıb.
Məlumata görə, 1997-ci ildə Bakı Dövlət Universitetini bitirən Özdəmir təşkalatın “Azərbaycan kassası” kimi fəaliyyət göstərib. O, “Avro 2000” firmasının sahibi kimi FETÖ-nün inşaat sektorunda çirkli pulların yuyulmasını həyata keçirib.