Banner

Hüquq

Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı – Video

Türkiyədə meşə yanğınlarını törədən şəxslər “iş başında” yaxalandı – Video | FED.az
10:42 30 İyul 2021

Türkiyənin Antalya vilayətinin Manavqat şəhərinin ərazisində meşə yanğınları törədən şəxslərin görüntüləri yayılıb.

Eləcə də bax: Türkiyədə yanğınları nəzarət altına almaq mümkün olmur - FOTOLAR

FED.az Banker.az-a istinadən xəbər verir ki, görüntülər pilotsuz uçuş aparatı vasitəsi ilə təsbit edilib.

Videoda aydın görünür ki, iki nəfər meşə ərazisində quru otlara od vuraraq ərazidən sürətlə uzaqlaşırlar.

Hadisəni törədən şəxslərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə dünəndən başlayan, geniş yayılmış meşə yanğınları nəticəsində dörd nəfər ölüb, onlarla ev, iaşə obyektləri yararsız vəziyyətə düşüb.

 

Banner
Banner

Digər xəbərlər