"2020-ci ildə 2, 2021-ci ildə 12, 2022-ci ildə isə 27 hüquqi şəxs barəsində cinayət hüquqi tədbir tətbiq edilib".
FED.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov "Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi" üzrə tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, Baş idarə tərəfindən hüquqi şəxslər barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi halları artmaqdadır: "Məhz bu baxımdan hüquqi şəxslər üçün anti-korrupsiya idarəetmə sisteminin standartının geniş miqyaslı tətbiqi hüquqi şəxslərin bu cür məsuliyyətə səbəb olacaq hüquq pozuntularının qarşısını vaxtında almış olur. Bu da onu göstərir ki, qeyd olunan standartlar korrupsiya hadisəsini müəyyən etmək və qarşısını almaq üçün nəzərdə tutulmuş prosedurlar məcmusudur". (Report)