“Biz illərdir bu ad üçün çalışmışıq, indi isə hazır işi götürüb çayxana kimi istifadə edirlər”
Şüşə kabinetlər, pultla işləyən maskalar – RESTORAN YENİLİKLƏRİ
Bunu FED.az-a açıqlamasında “Gavali” MMC-nin direktoru Rüstəm Hüseynov deyib.
R.Hüseynov bildirib ki, uzun illər bu ad üçün çalışıblar, nəticədə “Gavali” adı 2018-ci ildən patentləşdirilib:
“2013-cü ildən fəaliyyət göstərsək də “Gavali” 2018-ci ildən patentləşdirilib. İndi bu adı götürüb çayxana kimi işlədirlər. Bu illər ərzində ilk dəfədir ki, belə hal ilə rastlaşıram. Yəqin ki, bu da son olar”.
Direktorun sözlərinə görə, məsələ ilə bağlı bu ilin fevral ayından məhkəməyə müraciət olunub, artıq aprelin 27-si tərəflər arasında birinci instansiya məhkəməsi olacaq:
“Tələbim bu adın tez bir zamanda sökülməsidir. Düşünürəm ki, işə ədalətli şəkildə baxılacaq”.
Qeyd edək ki, “Gavali” MMC 9 ildir ki, quru meyvə, cərəz, şkolad, kofe və s. satışı ilə məşğuldur.