Koronavirus pandemiyası və onun gətirdiyi sosial məsafə tələbləri kiçik biznesi yeni üsullar fikirləşməyə vadar edib.
FED.az xəbər verir ki, artıq xarici ölkələrdə, xüsusilə restoran biznesi müştəriləri qorumaq üçün maraqlı ideyalar fikirləşiblər.
Müştərilər üçün şüşə kabinetlər
Amsterdamdakı «Mediamatic ETEN» restoranı sosial məsafə saxlamaq üçün öz üsulunu təklif edib. Restoranda müştərilər sadəcə şüşə kabinetlərə yerləşdirilir. Buraya cəmi 3 nəfər yerləşir, ofisiantlar isə yeməyi maskada və uzun lövhələrdə gətirirlər, yəni kabinetə daxil olmadan masaya çatdırırlar. Artıq iyunun 1-dən işə düşəcək bu yeniliyə görə, restoranda yelərin bronu başlayıb və artıq iyunun sonunadək bütün yerlər tutulub. Hazırda restoran sahiblərinin dost və qohumlarının iştirakı ilə sınaqlar keçirilir. Maraqlıdır ki, «Mediamatic ETEN» restoranı bu kabinetləri pandemiyadan əvvəl, sadəcə yenilik kimi alıbmış, amma korrnavirus nəticəsində bu üsul lap yerinə düşüb.
Manekenlərlə maraqlı nahar
ABŞ-dakı restoranlardan biri isə sosial məsafəyə görə, restoranlarda tək-tək oturan müştəriləri darıxmaması üçün başqa yenilik edib. Burada stollarda manekenlər oturdulacaq ki, müştəri özünü masada tək hiss etməsin. Vaşinqtondakı 3 Mişden ulduzu olan «The Inn at Little Washington» restoranı daha da maraqlı olsun deyə manekenləri 40-cı illərin stilində geyindirib. Bu məqsədlə restoranın dizaynı da yenilənib. Buna görə restoranda qiymətlər də yüksəkdir – tam yemək dəstinin qiyməti $248-dan başlayır.
Üfürmə ilə doldurulan maskalar
İtaliyada isə müştərilərin virusdan qorunması üçün üsullar axtarırlar. Dizaynerlər komandası Soffio adlanan çoxdəfəli müdafiə ekranı hazırlayıblar. Ekran plastik qoruyucudan və çərçivədən ibarətdir.
«MARGstudio»nun hazırladığı ekran mağaza və restoranlardakı müştərilər üçün nəzərdə tutulub. Yeni maskanın uhaq və böyüklər üçün ölçüləri istehsalı yaxın vaxtlarda başlayır. Bu maskalarda adamlar söhbət edə və yemək yeyə bilərlər. Plastikin təkrar istehsalından hazırlanan ekranın qiyməti 1 avrodan baha olmamalıdır. Ekran müştərilərə girişdə veriləcək, axşam isə geri alınıb, dezinfeksiya ediləcək.
Pultla açılıb bağlanan maska
İsrail şirkəti isə bir az da qabağa gedərək pultla idarə olunan maska hazırlayıb. Bu maskanı yemək yeyəndə çıxarmaq lazım deyil, özü də çəngəl ağıza yaxıqlaşanda maska avtomatik açılacaq.
Artıq «Avtipus Patents and Inventions» şirkəti bu maska üçün patenti rəsmiləşdirib. Maska yalnız bərk qidalar üçündür, yəni bunu geyinib sup içmək mümkün olmayacaq. İstehsalı yaxın günlərdə başlanacaq maskanın qiyməti $0,85-$2,85 arasında olacaq.