“Gavali” adından çay evi kimi istifadə edən tərəf məhkəmənin qərarı ilə obyektin adını dəyişdirib"
Şirkətin adını çayxana kimi istifadə etdiyi üçün məhkəməyə verildi - AZƏRBAYCANDA İLK
Bunu FED.az-a açıqlamasında “Gavali” MMC-nin direktoru Rüstəm Hüseynov deyib.
R.Hüseynov bildirib ki, onlar 2018-ci ildən patentləşdirilən “Gavali” adının əmtəə nişanını qoruya biliblər:
“Tələbimizə ədalətli şəkildə baxıldı, çay evinin adı kimi işlədilən "Gavalı" lövhəsi söküldü. Məhkəmənin qərarı ilə həmin obyektihn adı "The Garden" olaraq dəyişdirildi".
Direktorun sözlərinə görə, şirkət şikayətçi olmadıqları üçün qarşı tərəfə heç bir cərimə tətbiq edilməyib: "Mənim güzəştim olmasaydı onlara çox böyük cərimə tətbiq oluna bilərdi, lakin bunu etmək istəmədim".
Qeyd edək ki, “Gavali” MMC 9 ildir ki, quru meyvə, cərəz, şkolad, kofe və s. satışı ilə məşğuldur.