Dələduzluq ittihamı ilə mühakimə edilib bəraət alan “Protəmir İnşaat” MMC-nin rəhbəri haqda qərardan verilmiş kassasiya protestinə baxılıb.
Sabiq nazirə şərti həbs cəzası verilib - 8 milyonluq əmlakı müsadirə ediləcək
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda prokuror etirazını əsaslandırıb.
Prokuror bəraət almış şəxslə bağlı qərarın qanunauyğun olmadığını, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyasının qərarının əsassız olduğunu deyib.
Yüksək instansiya məhkəməsi belə qənaətə gəlib ki, protest kifayət qədər əsaslı olduğuna görə təmin edilməlidir. Qərara əsasən İ.Namazov haqda bəraət qərarı tamamilə ləğv edilib. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
İttihama görə, şirkət rəhbəri İ.Namazov 6 nəfərə evlərinin təmin ediləcəyi barədə yalan vəd verərək onlardan külli miqdarda pul alıb. Namazova qarşı Cinayət Məcəlləsinin 178-ci ( dələduzluq) maddəsi ilə ittiham edilib.
Xatırladaq ki, iş Nərimanov Rayon Məhkəməsində araşdırılıb. Hökmə əsasən İ.Namazovun günahı sübuta yetirilmədiyinə görə, ona bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etməyərək hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.