Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.
Eləcə də bax: Gəncədə dağıntılar altından 40-dan çox yaralı - 13 CƏSƏD ÇIXARILIB
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb.
Bundan başqa, 327 mülki obyekt, 1704 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.