Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Səninləyəm, Türkiyəm!” kampaniyası çərçivəsində ilk 3 gün ərzində 6 635 nəfər, 6 995 dəfə ianə etməklə 168 722 AZN məbləğində ianə göndəriblər.
“Səninləyəm Türkiyə!” adlı - KAMPANİYA BAŞLADILDI
FED.az xəbər verir ki, yığılan məbləğdən ilkin mərhələdə 1 050 530 TL (94 592 AZN) artıq 08.02.2023-ci il tarixində Türkiyəyə göndərilib.
Hazırda Türkiyə xalqına dəstək üçün kampaniya davam edir. Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:
Onlayn bank kartı vasitəsilə ianə etmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://yardim.et/az/donations/bank/online
Nağd pul vasitəsilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz. Ətraflı: https://youtu.be/J9ku_Z1PXXU və https://youtu.be/pEE34XRl3Dw
SMS vasitəsilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilərlər. Ətraflı: https://youtu.be/hj-4V-lCr68
Elektron pul kisəsi vasitəsilə hesab.az saytından ianə edə bilərsiniz. Ətraflı: https://youtu.be/r483-sNxcfE
Həmçinin Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, MilliÖn, mPay və hesab.az mobil tətbiqlərindən istifadə edərək ianə edə bilərsiniz.
Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]
Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədilə göndəriləcək.