Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.
Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib - 5 385 NƏFƏR YARALANIB
FED.az xəbər verir ki, kampaniya qardaş ölkəyə humanitar yardım göstərmək məqsədilə yəşkil edilib.
Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:
- Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin: https://yardim.et/az/donations/bank/online
- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.
- SMS vasitəsi ilə ianə etmək üçün Azercell Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.
- Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.
-Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]
Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcəkdir.
Qeyd edək ki, Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub. Bu günün məlumatlarına əsasən: 150 bina dağılıb, 560-dan çox yaralı var, azı 85 nəfər həlak olub.