Sahibkar Vəliyev Dadaş Azadəli oğlu istehsalını və satışını həyata keçirdiyi süd məhsullarının etiketlərində əsassız olaraq “İVANOVKA” coğrafi göstəricisindən qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verib və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozub.
FED.az bu barədə Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Süd məhsullarının istehsalı və satışı zamanı rəqabət qanunvericiliyinin pozulması əlamətlər əsas götürülərək Sahibkar Vəliyev Dadaş Azadəli oğluna yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib










