Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən olunub.
Eləcə də bax: Bərdədə restoran sahibi - HƏBS EDİLİB
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan FED.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Hacıallı kəndində yerləşən “Atabəy” şadlıq sarayında keçirilən toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.
Qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.