Sabirabad rayonunda qadın 3 nəfərin bank hesabından 36 500 manat çıxararaq mənimsəyib.
FED.az xəbər verir ki, rayon sakinləri - F.Hümbətov, M.Quliyev və Z.Abbasov hüquq-mühafizə orqanlarına müraciət edərək 46 yaşlı R.Ağayevadan şikayət ediblər.
Eləcə də bax: Kibercinayətkarlıqda təqsirləndirilən şəxsin məhkəməsi - BAŞLAYIB
Şikayətçilər bildirib ki, həmin qadın onları dələduzluqla aldadaraq bank hesablarındakı müvafiq olaraq 14300, 11900 və 10300 manat pulu ələ keçirib.
Şikayətlə bağlı araşdırma aparılır.
Report