Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara aid kartlardan oğurluq etməkdə təqsirləndirilən Səddam Nəzərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
FED.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı sentyabrın 30-a təyin edilib.
Eləcə də bax: Azərbaycanda bank hesabından pul oğurlayan - ŞƏXS TUTULUB
Qeyd edək ki, Səddam Nəzərli kibercinayətdə şübhəli bilinərək saxlanılıb.
O, xüsusi kiberproqramlardan istifadə etməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 min manat mənimsəyib. Bununla bağlı informasiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olub.
Baxış zamanı S.Nəzərlinin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Həmin texniki avadanlığın yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.
Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işinin başlanılır.