Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs müddəti uzadılıb.
Eləcə də bax: Səlim Müslümov - Həbs Edildi
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən həftə məhkəmə tərəfindən sabiq nazir barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun həbs müddəti daha 1 ay uzadılıb.
Qeyd edək ki, S. Müslümov 1 ildir ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.