Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.
Eləcə də bax: Baş Prokurorluqdan holdinq sahibinin - HƏBSİ BARƏDƏ AÇIQLAMA
FED.az xəbər verir ki, keçmiş məmur hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə saxlanılıb.
S.Müslümovun yaxınları Unikal.org-a həbs xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, Səlim Müslümov uzun müddət 1995-2000-ci illərdə Maliyyə Nazirliyində büdcə baş idarəsinin rəisi vəzifəsində çalışıb. Həmin illərdə o büdcə vəsaitlərinin talanması ilə bağlı açılan cinayət işi ilə bağlı müvəqqəti həbsdə olub. Amma təqribən 40 gün müdətində onun günahı sübut edilməyib və günahsız olduğu aşkar edilib. Nəticədə yenidən öz vəzifəsində fəaliyyətinə davam edib.
2000-ci ildə S.Müslümov, Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. Həmin vaxt Gömrük kKomitəsinə indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərov başçılıq edirdi.
S. Müslümovun guya DGK-nin sədri olduğu vaxtda korrupsiya əməlinə görə həbs həyatı yaşaması barədə məlumatlar həqiqətə uyğun deyil.
2002-ci ildə S. Müslümov Dövlət Sosial Müdafiə Fondunun sədri, 2013-cü ildə isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb.
2018-ci ildə isə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.
Bundan sonra bir müddət Aviasiya Akademiyasında çalışıb.