"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sabiq nazirə şərti həbs cəzası verilib - 8 milyonluq əmlakı müsadirə ediləcək
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə D.Xəlilovun ümumi məhkumluq müddəti 14 il 9 aya, A.Cavadovun məhkumluq müddəti isə 12 il 6 aya qaldırılıb.
***
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda prokuror çıxış edib.
Dövlət ittihamçısı Dünyamin Xəlilova 9 il 6 ay, Azad Cavadova isə 9 il əlavə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib. Daha sonra dövlət ittihamçısı Cinayət Məcəlləsinin 66-cı maddəsi tətbiq edilməklə D.Xəlilovun bundan sonrakı məhkumluq müddətinin 15 ilə, A.Cavadovun isə 13 il 6 ayadək artırılmasını məhkəməyə təklif edib.
Xatırladaq ki, iş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.
Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.
Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.
Bu iş üzrə Dünyamin Xəlilov məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum olunub. (Ap)