“Sberbank”ın Tümendəki bölməsinə basqın edən şəxs həbs olunub.
FED.az xəbər verir ki, bu barədə bankdan bildiriblər.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
***
Rusiyanın Tümen şəhərində naməlum şəxslər “Sberbank”ın yerli bölməsinə basqın edib.
Eləcə də bax: Tbilisidə bankda girovlar azad edilib, basqınçı - Həbs Olunub
FED.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Basqınçılar 3 nəfəri girov götürüb.
İlkin məlumata görə, “Sberbank”ın Tümendəki bölməsi beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Birinci mərtəbə ələ keçirilib. Girov götürülənlər bankın əməkdaşlarıdır. (Report)