Banner

Hüquq

Tbilisidə bankda girovlar azad edilib, basqınçı - Həbs Olunub

Tbilisidə bankda girovlar azad edilib, basqınçı - Həbs Olunub | FED.az
14:25 16 Aprel 2021

Tbilisidə bank filialına silahlı basqın edən şəxs həbs olunub.

FED.az xəbər verir ki, girovların hamısı azad edilib.

Xüsusi əməliyyat zamanı xəsarət alan olmayıb.

14:15

Tbilisidə silahlı basqın olan bankda girov saxlanılan iki nəfər azad edilib.

Eləcə də bax: Tbilisidə mikromaliyyə təşkilatına basqın olub - 10 Nəfər Girov Götürülüb

Daha bir şəxs girovluqda qalmaqdadır.

Gürcüstanın Patrul Polis Xidmətinin rəisi Vaja Siradze hadisə yerindədir.

Girov götürülənlərin ümumi sayının 4 olduğu bildirilir.

13:38

Tbilisidə “Gürcüstan bankı”nın filialına silahlı basqın edən şəxsin neçə nəfəri girov götürdüyü hələ məlum deyil.

Polis ətraf ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Yaxınlıqdakı Avlabar metrostansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.

Polis hazırda xüsusi əməliyyat keçirir.

13:13

Gürcüstanın paytaxtı Tbilisidə Avlabar metrostansiyasının yaxınlığında “Gürcüstan bankı”nın filialına silahlı basqın olub.

Basqınçının bir nəfəri girov götürdüyü bildirilir.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub, ətrafdakı şəxslər təxliyə edilib. (Report)

Banner
Banner

Digər xəbərlər