AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.
Eləcə də bax: Ramiz Mehdiyevin keçmiş köməkçisi - SAXLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub.
E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.
Araşdırmalar davam edir.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.