AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Unikal.org-a istinadən xəbər verir ki, E.Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
Qeyd edək ki, E.Əmirov bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin qohumudur və R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.