Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib.
Eləcə də bax: Ramiz Mehdiyevin keçmiş köməkçisi - SAXLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.