Qusar rayonunda yerləşən istirahət mərkəzində baş vermiş yanğınla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
«Park Qusar» hotelində yanğın oub - 4 NƏFƏR ÖLÜB – ADLAR – RƏSMİ AÇIQLAMALAR
FED.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hazırda istintaq davam edir.
Qeyd edək ki, bu əməli törətməkdə təqsirləndirilənlər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, yanvarın 22-si saat 4 radələrində Qusar rayonunda yerləşən "Park Qusar" hoteldə yanğın baş verib. İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Hadisə nəticəsində 4 nəfər - 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov ölüb.
Həmçinin, yanğın zamanı 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. (Report)