Daşınmaz əmlakın idarəetməsini həyata keçirən “Facility Management Group” MMC elektronika və məişət avadanlıqları mağaza şəbəkəsini məhkəməyə verib.
Eləcə də bax: «Optimal Elektronika»nın vəziyyəti məlum oldu - HESABAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət “Optimal Elektronika” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyətində icarə müqaviləsi üzrə mübahisə göstərilib.
“Facility Management Group” MMC – ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən şirkətdir.
Şirkət əsasən “PMD Projects” MMC-nin (Zefir Mall, Vurğun və Xəzri rezident) binaları üzrə satış və icarəyə verir.
Şirkətin portfelində aşağıdakı əmlaklardır:
– Zefir Mall t.m.,
– “Molocon Placae” biznes mərkəzi,
– Çinar plaza,
– Sahil plaza,
– Dalğa plaza,
– Bayıl plaza,
– Hillside rezident,
– Roseville rezident,
– Vurğun rezident,
– Xəzri rezident,
– Grandeza,
– Təbriz evləri,
– Motor Vilage (Mərdəkan yolu).