"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki məhkəmə qərtarından narazı qalıb.
Eləcə də bax: "İdeal"ın keçmiş sahibi - Apellyasiya Şikayəti Verib
FED.az xəbər verir ki, bununla bağlı məhkumun vəkilləri kassasiya şikayəti verib.
Şikayət ərizəsində İlqar İsmayılovun verilmiş ittihamlarla günahsız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması xahiş olunub.
Şikayət Ali Məhkəməyə göndərilib.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. (Apa)