"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Eləcə də bax: "İdeal”ın keçmiş sahibinə - 6 İl Həbs Cəzası Verildi
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin vəkilləri birinci instansiya məhkəməsinin hökmündən narazı qaldıqlarını bildirib, müvəkkillərinə bəraət verilməsini istəyiblər.
Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.