Banner

Hüquq

"Baku Electronics" istehlakçıların hüquqlarını pozub - MƏHKƏMƏ

"Baku Electronics" istehlakçıların hüquqlarını pozub - MƏHKƏMƏ | FED.az
10:29 4 Mart 2021

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barədə inzibati protokol tərtib edib.

Eləcə də bax: Mərkəzi Bank məhkəmənin “Baku Electronics”lə bağlı - Qərarından Narazıdır

FED.az xəbər verir ki, istehlakçıların hüquqlarının pozulmasına görə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.7-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına görə hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur. (Report)

Banner
Banner

Digər xəbərlər