2 il öncə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Baku Electronics” MMC barəsində xariclə valyuta əməliyyatlarına görə inzibati xəta üzrə protokol tərtib etmişdi. Həmin tarixdə də, valytanı ölkədən çıxarıb, ölkəyə əvəzində mal qayıtma səbəbinə görə cəimələmək səlahiyyəti MBNP-da idi.
Eləcə də bax: «Azercell» «Şahdağ» turizm mərkəzindən 98 manatı – MƏHKƏMƏ İLƏ ALDI
FED.az Banker.az-a istinadən bildirir ki, protokol isə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddisə ilə olan protokolda 11 250 avro həcmində inzibati cərimənin ödənilməsi tələb edilmişdi.
Lakin, 2017-ci ilin noyabrında başlanmış qərarın icrasına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində cari ilin 8 iyun tarixində xitam verilib.
İndi, MBNP-nın 2019-cu ilin bitməsinə bir ay qalmış ləğv edilən MBNP-nın hazırkı mandatının sahibi olan Azərbaycan Mərkəzi Bankı məhkəmənin icraata xitam verilməsi qərarından narazıdır. Requlyator, məhkəmənin bu qərarına görə Azərbaycan Mərkəzi Bankı apelyasiyaya üz tutub.
XATIRLATMA…
Bu inzibati xətaya görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə tətbiq edilir. Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən 30%-dək məbləğdə cərimə edilir. Cərimənin formal səbəb, köçürmədən sonra malın 270 gün ərzində Azərbaycana idxal edilməməsidir.
Hazırda bu protokolu tərtib etmə hüquqi isə Mərkəzi Banka məxsusdur. AMB isə bununla bağlı son açıqlamasında bildirib ki, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır