Qazaxıstan 180 gün müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinə dövlət tənzimlənməsi tətbiq ediləcək.
Eləcə də bax: Qazaxıstanda qazın qiymətini bahalaşdıran zavod direktoru - SAXLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə göstəriş verib.
Daha sonra Baş nazirin səlahiyyətlərini icra edən Əlixan Smailov dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirib.
Müşavirədə aidiyyəti dövlət qurumlarına maye qazın satışında qiymət sövdələşməsi və digər rəqabətə zidd hərəkətlərə görə araşdırma aparmaq, qərb regionlarının - Mangistau, Atırau, Aktobe və Qərbi Qazaxıstan vilayətlərinin inkişafı üzrə kompleks planları aktuallaşdırmaq tapşırılıb.
Ə.Smailov maye qazın, benzinin və dizel yanacağının qiymətlərində 180 gün müddətində dövlət tənzimlənməsinin tətbiqi ilə bağlı müvafiq normativ aktın qəbul edilməsini də tapşırıb.
Qeyd edək ki, Qazaxıstanda maye qaz qiymətlərinin bahalaşması ilə bağlı aksiya keçirilib. Aksiyalar zamanı 100-ə yaxın polis əməkdaşı xəsarət alıb, 200-dən çox insan saxlanılıb. Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.