“Parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək”.
Eləcə də bax: BNA qanunsuz parklanmadan pul yığılmasına münasibət - BİLDİRİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.