"Duty free"nin qaçaqmalçılıqda təqsirli bilinən 3 satıcısının cinayət üşi üzrə məhkəmə başlayıb.
Azərbaycanın ən böyük özəl ixracçısı - "ixrac çempionu" saxta sahibkar imiş - 326 MİLYONLUQ QAÇAQMALÇILIQ.- CİNAYƏT İŞİ
FED.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslər barədində qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə məhkəmənin baxış iclası noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər.
Cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb. (Apa)