2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Tağı Əhmədovdan sələmə pul götürən sabiq polis - AXTARIŞA VERİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Musavat.com-a istinadən xəbər verir ki, prokuror həbsdə olan N.İsmayılova ağır cəza istəyib. Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror N.İsmayılovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
“PAŞA Bank” aqrar şirkəti və onun Müşahidə Şurasını - MƏHKƏMƏYƏ VERİB
Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.
"Ağ şəhər"də də layihəsi olan şirkət rəhbəri mənimsəmə ittihamı ilə həbs edilib - MƏHKƏMƏ BAŞLAYIR
N. İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinir. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
Xarici şirkətlər İcra Xidmətinin dəyişməsini istəyirlər – HÖKUMƏTƏ TƏKLİFLƏR, SİYAHI
İş üzrə zərərçəkmişlərdən birinin də tanınmış skripkaçı Ceyhun İsmayılov olduğu deyilir. Məlumata görə, C. İsmayılov Nadir İsmayılova 30 min manat verdiyini iddia edir. Belə ki, skripkaçı banka olan borcuna görə 30 min manat ödənişi N.İsmayılova verdiyini, lakin pulun ödənilmədiyini bildirir.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi. Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu. Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi. Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.