Prokuror ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Camın 14 il və atası, bankın Müşahidə Şurasının sabiq sədri Əli Camın isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Eləcə də bax: "Royal Bank"ın keçmiş sədri "Günay Bank"a sədr - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
Qeyd edək ki, bir neçə ildir beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Cam Fuad Əli oğlu 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır.
Bankın Müşahidə Şurasının sabiq sədri Cam Əli Məhəmmədhəsən oğluna isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə "Royal Bank"a verilən lisenziya ləğv olunub. (Report)