“Günay Bank” ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.
FED.az banka istinadən xəbər verir ki, bu vəzifə Baratəli Piriyevə həvalə edilib.
O, indiyə qədər “Günay Bank”ın Müşahidə Şurası sədrinin I müavini olub və yeni vəzifəsində Zaur Əhmədovu əvəz edib.
Qeyd edək ki, Baratəli Piriyev Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilmiş "Kredo Bank" və "Royal Bank"ın İdarə Heyətinin sədri olub.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.
report.az