“Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyət “Agora Baku” MMC-ni məhkəməyə verib.
Eləcə də bax: «ASB Bank» «kiçilib», bankdakı depozitlər azalıb – HESABAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azərbaycan Sənaye Bankı” kredit müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb, bununla bağlı iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
İddia hakim Xəyalə Cəmilovanın sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.