Azərbaycanda kənd təsərrüfatı üzrə fəaliyyət göstərən, əsasən də istixanalarda tərəvəzçiliklə məşğul olan “AS Aqro CO” MMC-nin yandırdığı 100 min manat dəyərində pulunun geri qaytarmadğı iddia edilir.
Eləcə də bax: «Azəriqaz» "parnik" sahiblərinə - GÜZƏŞTƏ GETDİ - RƏQƏMLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin yeganə qaz təchizatçısı “Azəriqaz” İstehsalat Birliyi iddia edib.
“Azəriqaz” idda edib ki, bu şirkətin təbii qazdan istifadəyə görə yaranmış 100 min manatlıq borcun ödnilməyib. İB bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət də edib.
“AS Agro” 2016-cı ildə “AS Group Investment” şirkəti tərəfindən yaradılıb. Baxmayaraq ki nizamnamə kapitalı formal olaraq 100 manat göstərilən bu şirkətin istixana, logistika, soyuducu anbar, aqrar məsləhətçi kimi xidmətlərə sahibdir.