Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
Eləcə də bax: Azərbaycan banklarından xaricə valyuta köçürmələrində - YENİLİK, AMB-nin QƏRARI
FED.az bu barədə DGK-ya istinadən xəbər verir.
Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9 500 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda olan gödəkçənin cibində gömrük nəzarətindən gizlədilən 1 milyon 548 min rus rublu, vətəndaşın üzərindən isə 4 000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. (Report)