Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə aparılan araşdırmalar ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açdığı bildirilir.
Naxçıvan Gömrük Komitəsinin vəzifəli şəxsi - 132 milyonluq mənimsəmədə təqsirləndirilir
FED.az xəbər verir ki, Naxçıvan Gömrük Komitəsinin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (Marja)