Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisinin nədə ittiham olunduğu məlum olub.
Naxçıvan DGK-nın vəzifəli şəxsi - HƏBS EDİLDİ
FED.az xəbər verir ki, şöbə rəisi Mənsur Əsgərov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
İttihama görə, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. (Apa)