"Sədərək" Ticarət Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.
Eləcə də bax: Şirkətin adını çayxana kimi istifadə etdiyi üçün məhkəməyə verildi - AZƏRBAYCANDA İLK
FED.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən mərkəz barəsində cərimə protokolu tərtib olunub.
Belə ki, ticarət mərkəzinin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb.
Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi Qafqazın ən böyük bazarı hesab olunur və böyük dövriyyəyə malikdir. Firmanın rəhbəri tanınmış iş adamı Yunis Qədimbəylidir. (Kriminalqafqaz)