Azərbaycan Mərkəzi Bankı (AMB) "Caspian Finance BOKT", “TCF”, “Kəpəz” və “FinEx Kredit” bank olmayan kredit təşkilatlarının vəzifəli şəxslərini cərimə edib.
Azərbaycan BOKT-larını hansı şirkətlər yoxlayır? – Auditi kimə etibar edirlər? – BOKT-lar, ŞİRKƏTLƏR
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “TCF” BOKT ASC-nin vəzifəli şəxsi, “Kəpəz” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 manat, “FinEx Kredit” BOKT ASC-nin vəzifəli şəxsi və "Caspian Finance BOKT" MMC-nin vəzifəli şəxsi 1500 manat cərimə edilib.