Qanunsuz mərc oyunları təşkil etməkdə və vergidən yayınmaqda təqsirləndirilən Quliyev Urfan İlqar oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bankın sabiq filial müdirinin 9 il, baş xəzinadarın isə 7 il azadlıqdan məhrum edilməsi təklif olundu
FED.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Həmçinin, ittihamçı onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.
Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin olunub.
İttihama görə, Quliyev Urfan İlqar oğlu Bakıda qanunsuz onlayn qumar və mərc oyunları təşkil edib. Yoxlama zamanı onun təşkil etdiyi mərc oyunlarının dövriyyəsinin 29 milyon manatdan artıq olduğu müəyyənləşib.
U.Quliyev bu yolla 3 milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə və 1 milyon 700 min manatdan artıq vergidən yayınmaqda təqsirləndirilib.
O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinib. (Report)