“Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb”.
Baş prokuror: «Özəl sektorda da korrupsiyaya qarşı - MÜBARIZƏ GÜCLƏNƏCƏK»
FED.az-ın məlumatına görə, bu sözləri Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə mətbuata açıqlamasında deyib.
“Bildiririk ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Prokurorluq orqanlarında struktur islahatları və yeni təyinatlar olub - SİYAHI
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəri ilə cinayət işi başlanmış, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək”, - deyə G.Səlimzadə əlavə edib.
Xatırladaq ki, iyunun 13-də mətbuatda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçiriməsi barədə məlumat yayılıb.
FED.az APA-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb. Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə həbs olunub.