Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək.
Ali Məhkəmənin sədri: “İslahatlar davam etdiriləcək”
FED.az xəbər verir ki, bu, "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib