“Mediasiya haqqında” Qanuna dəyişiklik olunur.
Azərbaycan banklarının ipoteka kredit portfeli 17% böyüyüb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
Layihəyə əsasən, 36.7-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, tərəflərin hüquq və vəzifələrinə mediasiya xərclərinin ödənilməsi əlavə olunub.
Qeyd edək ki, həmin maddəyə əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.