2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi ipoteka kredit portfeli 4 milyard 253,1milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İpoteka kredit portfeli aylıq müqayisədə 7,6 milyon manat (0,2%), illik müqayisədə 607,6 milyon manat (16,7%) böyüyüb.
Qeyd edək ki, ümumi ipoteka kredit portfeli 2025-ci ilin yanvarın 1-nə 4 milyard 245,5 milyon manatın, ötən ilin eyni dövrünə 3 milyard 645,5 milyon manat təşkil edib.