Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun FED.az-a verdiyi məlumata görə, Mediasiya Şurasının təşəbbüsü ilə Mediasiya Şurası başda olmaqla, mediasiya təşkilatları Qarabağ Dirçəliş Fonduna 8.300 (səkkiz min üç yüz) manat məbləğində ianə etmişdir.
Nadir Adilov: "Mediasiya Şurasında “Maliyyə mübahisələri” Komitəsi yaradılıb və sədri təyin edilib"
FED.az xəbər verir ki, Qarabağımızın yenidən dirçəldilməsində, yenidən həyata qaytarılmasında hər bir vətəndaşın, o cümlədən mediatorun və mediasiya təşkilatlarının da öhdəliyinin olduğunu deyən N. Adilov qeyd edib ki, öncə kollektivdən belə bir təklif olmuşdur ki, mediasiya təşkilatlarının və mediatorların iştirakı ilə Yeni il öncəsi şənlik tədbirləri planlaşdırılsın. Əlbəttə ki, Yeni il şənliklərinin də təşkili və keçirilməsi ictimai önəmli tədbirlərdəndir. Amma ki, biz yeni fəaliyyətə başlayan qurum kimi məhdud büdcələrlə fəaliyyət göstəririk. Ona görə də düşündük ki, nəzərdə tutduğumuz tədbirləri Qarabağ Dirçəliş Fonduna ianə etməklə, daha da ürəyəyatan edə bilərik. Mediasiya təşkilatları rəhbərləri də təşəbbüsümüzü dəstəklədi və onlar Şuranın korporativ sosial məsuliyyət prinsiplərinə həmrək olaraq bu aksiyada iştirak etdilər. Bu aksiyada iştirak edən Mediasiya Şurası, Bakı 3 saylı, Bakı 5 saylı, Bakı 6 saylı, Bakı 8 saylı, Bakı 9 saylı, Bakı 10 saylı, Bakı 11 saylı, Bakı 16 saylı, Bakı 17 saylı, Bakı 18 saylı, Gəncə 1 saylı, Şəki 1 saylı, Qusar 1 saylı, Salyan 1 saylı, Cəbrayıl 1 saylı, Sabirabad 1 saylı, Lənkəran 1 saylı, Naxçıvan 1 saylı, Tovuz 1 saylı mediasiya təşkilatlarına, o cümlədən bu təşkilatları Mediasiya Şurasının təşəbbüsünə qoşularaq bu aksiyada iştirak etdilər və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gözəl bir həmrəylik göstərə bildik.
N. Adilov qeyd edib ki, Mediasiya Şurası da daxil olmaqla, mediasiya təşkilatları qeyri-kommersiya hüquqi şəxsidir və gəlir əldə etməyən təşkilatlardır. Bundan sonrakı fəaliyyətimizdə də Mediasiya Şurası və mediasiya təşkilatları dövlətimiz üçün mühüm sosial yönümlü layihələrdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.